“44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir” - Ceyhun Məmmədov
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə xalqın birliyinin, ordunun gücünün və dövlətçilik iradəsinin təntənəsi olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə də yol açıb.
SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, işğal olunmuş torpaqlarımız qəhrəman əsgər və zabitlərin, qazilərin qanı və canı bahasına azad edilib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzü bərpa edib.
Deputat qeyd edib ki, 8 Noyabrın hər il Zəfər Günü kimi qeyd olunması Azərbaycan xalqının ləyaqət və iradəsinin, iqtisadi gücünün, müasir ordu quruculuğunun və xalq-iqtidar birliyinin təcəssümüdür.
C.Məmmədov vurğulayıb ki, Vətən müharibəsi zamanı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, eləcə də Azərbaycanın haqq işini dəstəkləyən digər xalqların nümayəndələri həmrəylik nümayiş etdiriblər. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkə vətəndaşlarının ön və arxa cəbhədə göstərdiyi birlik tarixi nailiyyət kimi qiymətləndirilməlidir.
Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. İnfrastrukturun qurulması, xəstəxanaların, məktəblərin, yaşayış binalarının, mədəniyyət obyektlərinin və məscidlərin bərpası, dəmir yollarının çəkilməsi bu prosesin əsas istiqamətlərindəndir.
Deputat əlavə edib ki, qarşıda ölkənin inkişafı və azad edilmiş ərazilərin bərpası ilə bağlı mühüm vəzifələr dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının bu vəzifələrin öhdəsindən uğurla gələcəyinə əminliyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB