Milli Məclisdə İnsan hüquqları üzrə müvəkkil (ombudsman) vəzifəsinə namizədlərin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.
SİA xəbər verir ki, Prezident İlham Əliyev ombudsman vəzifəsinə Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhun Yasınalı oğlu və Vəliyeva Elşanə Rafiq qızının namizədliyini irəli sürüb.
Qeyd edək ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir. Səlahiyyət müddətinin başa çatmasına 30 gün qalmış Prezident Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç namizəd təqdim edir. Parlament isə 15 gün ərzində müvafiq qərar qəbul edir.
Qanuna əsasən, eyni şəxs ombudsman vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB