8 Noyabr Azərbaycanın şanlı tarixinin, xalq-ordu birliyinin və milli iradəsinin təntənəsidir. Qarabağın azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası tarixi ədalətin təcəssümüdür.
SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı tarixidir, 8 Noyabr isə xalqımız üçün əbədi bayramdır. Bu tarix hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir, çünki Zəfərin hər anı qəhrəmanlıq salnaməsinin bir parçasıdır.
Deputat qeyd edib ki, tarixi Qələbə xalqın Vətənə və torpağa sonsuz məhəbbətinin, şəhidlərin, qazilərin və qəhrəman əsgərlərin fədakarlığının nəticəsidir. Onun sözlərinə görə, xalq-ordu birliyi Vətən sevgisinin zərurət yarandıqda böyük fədakarlığa çevrilən mənəvi güc olduğunu bir daha nümayiş etdirib.
T.Rzayev vurğulayıb ki, Zəfər həm də dövlətçiliyin və milli həmrəyliyin gücünü, beynəlxalq hüquq normalarının pozulmasına və tarixi ədalətsizliyə qarşı xalqın qətiyyətini nümayiş etdirən mühüm hadisədir.
O, çıxışının sonunda 8 Noyabr Zəfəri münasibətilə hər kəsi təbrik edərək, bu Qələbənin Azərbaycan dövlətinə və xalqına yeni uğurlar gətirməsini arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB