“İlham Əliyev xalqımıza yalnız hərbi deyil, tarixi-siyasi Zəfər qazandırıb” - Bəhruz Məhərrəmov
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin nəticələrinin qorunması, azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi Zəfərin davamlılığını nümayiş etdirir.
SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Prezident İlham Əliyevin liderlik siyasəti dövlət birliyinin möhkəmləndirilməsinin və davamlılığının təmin olunmasının əsasını təşkil edir. Deputatın sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində əsas məsələ sülhdən danışmaq deyil, onun təmin olunması istiqamətində real addımlar atmaqdır.
B.Məhərrəmov qeyd edib ki, Prezident İlham Əliyev regional sülhün təmin olunması istiqamətində həm döyüş meydanında, həm də diplomatik müstəvidə mühüm nəticələr əldə edib. O, 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni xalqın, ordunun və dövlətin birliyinin təntənəsi kimi qiymətləndirib.
Deputat vurğulayıb ki, böyük Zəfərdən sonra onun nəticələrini qorumaq və əldə olunan uğurları davam etdirmək də mühüm vəzifədir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və azad edilmiş ərazilərin milli iqtisadiyyata reinteqrasiyası bu prosesin əsas istiqamətləridir.
O bildirib ki, azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri yalnız Azərbaycanın deyil, bütün İslam dünyasının diqqətini cəlb etməli olan mühüm tarixi prosesdir.
B.Məhərrəmovun sözlərinə görə, bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti dayanır. Prezident İlham Əliyev isə həmin möhkəm təməl üzərində Azərbaycanın tarixi Zəfərini təmin edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB