Çərəzlərin qovrulması onların qida dəyərinə həm müsbət, həm də mənfi təsir göstərə bilər. Qovurma zamanı badam, fındıq, qoz, püstə və digər çərəzlərin tərkibindəki nəmlik azalır, dadı və ətri güclənir, xırtıldayan tekstura yaranır. Eyni zamanda istilik təsiri nəticəsində bəzi antioksidant birləşmələrin və E vitamini kimi istiliyə həssas vitaminlərin miqdarı azala bilər.
Bu sözləri SİA-ya qida eksperti Fərid Səfərov deyib.

O bildirib ki, digər tərəfdən, qovurma bəzi çərəzlərdə həzmə mane olan müəyyən maddələrin azalmasına və bəzi qida komponentlərinin orqanizm üçün əlçatanlığının artmasına səbəb ola bilər:
“Lakin yüksək temperaturda və uzun müddət qovurma zamanı yağların oksidləşməsi baş verə, faydalı doymamış yağ turşuları zədələnə bilər. Xüsusilə təkrar istifadə olunan yağda qovrulmuş, həddindən artıq qızardılmış və duzlanmış çərəzlər sağlam seçim hesab edilmir.
Ən yaxşı seçim çərəzləri aşağı və ya orta temperaturda, qısa müddətə, əlavə yağ və duz istifadə etmədən qovurmaqdır. Ümumilikdə, çərəzlərin qida dəyərini maksimum qorumaq baxımından çiy və ya yüngül qovrulmuş formada istehlakı daha məqsədəuyğundur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB