Ermənistanın Araqatsotn vilayətində 4 avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb, 3 nəfər isə yaralanıb. SİA Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə axşam saatlarında İrəvan - Vanadzor magistral yolunda, Tsilkar kəndi ərazisində baş verib. "Jeep Compass", "Opel Zafira", "Chevrolet Volt" markalı avtomobillər və yük maşını toqquşub.
Müxtəlif dərəcəli xəsarətlər alan 3 zərərçəkmiş "Ermənistan" tibb mərkəzinə çatdırılıb. Faktla bağlı cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları ölənlərin və yaralananların şəxsiyyətini müəyyənləşdirir, qəzanın başvermə şəraitini araşdırır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB