Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Ağsu şəhər 4 saylı tam orta məktəbin idman zalında yeniyetmə voleybolçularla görüşüb.
Bu barədə SİA-ya AVF-nin mətbuat xidmətindən bildirilib.
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, digər rəsmi şəxslər, Oğuz RVK-nı təmsil edən idmançılar və onların valideynləri iştirak ediblər.
Ş.Bağırov idmançılarla söhbət zamanı onlara tövsiyələrini verib, valideynlərlə fikir mübadiləsi aparıb.
Daha sonra qonaqlar yeniyetmələrin məşq prosesini izləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB