Gürcüstan 101 xarici ölkə vətəndaşını deportasiya etdi - aralarında azərbaycanlılar da var...
Son günlərdə 101 xarici ölkə vətəndaşı Gürcüstandan deportasiya edilib. SİA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti məlumat yayıb. Məlumata görə, deportasiya olunanlar arasında Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Türkmənistan, Hindistan, Filippin, Kuba, Özbəkistan, Belarus, Misir, İordaniya, Çin, Pakistan, Nepal, Keniya, Nigeriya, Əlcəzair və digər dövlətlərin vətəndaşları var.
Qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.
Qeyd edək ki, 2026-cı ilin əvvəlindən bu günə qədər Miqrasiya Departamenti tərəfindən ölkədən çıxarılan əcnəbilərin ümumi sayı 3600 nəfəri ötüb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB