“G20 sammiti Azərbaycanın beynəlxalq mövqeyini və əməkdaşlıq imkanlarını gücləndirəcək” - DEPUTAT DANIŞDI
“Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitinə dəvət etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan mövqeyinin, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin və Azərbaycanın qlobal əhəmiyyətli proseslərdə artan rolunun növbəti təsdiqidir”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu dəvət, ilk növbədə, Azərbaycanın beynəlxalq müstəvidə etibarlı tərəfdaş, müstəqil siyasət yürüdən və regional, eləcə də qlobal məsələlərin həllinə mühüm töhfələr verən dövlət kimi qəbul olunduğunu nümayiş etdirir:
” Dünyanın aparıcı iqtisadiyyatlarının və siyasi güc mərkəzlərinin bir araya gəldiyi G20 platformasına dəvət olunmaq ölkəmizin beynəlxalq nüfuzuna verilən yüksək qiymətdir.
Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqe qazanıb. Ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat-logistika, regional əməkdaşlıq, iqlim dəyişiklikləri və qlobal iqtisadi məsələlərdə mühüm təşəbbüslərlə çıxış edir. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də ölkəmizin qlobal çağırışlara verdiyi töhfələrin və beynəlxalq etimadın bariz nümunəsidir.
Xüsusilə qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyevin prinsipial və uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə edən, regionda yeni reallıqlar yaradan və beynəlxalq tərəfdaşları ilə qarşılıqlı hörmət əsasında münasibətlər quran güclü dövlətə çevrilib.
ABŞ Prezidenti Donald Trampın bu dəvəti Azərbaycan-ABŞ münasibətlərinin inkişafı, siyasi dialoqun genişləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin G20 sammitində iştirakı Azərbaycanın mövqeyinin beynəlxalq platformada bir daha ifadə olunmasına, ölkəmizin strateji maraqlarının təşviqinə və yeni əməkdaşlıq imkanlarının formalaşmasına mühüm töhfə verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB