Qərb Mərkəzi Asiya ölkələrinə hərbi bazalar yerləşdirməyi təklif edir...

...lakin KTMT-nin baş katibinin dediyinə görə rədd edilir
Qərb Mərkəzi Asiya ölkələrinə hərbi bazalar yerləşdirməyi təklif edir...

...Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Taalatbek Masadıkov bildirib ki, Qərb ölkələri son vaxtlar Mərkəzi Asiya respublikalarının rəhbərliyinə öz ərazilərində hərbi bazaların yerləşdirilməsi təklifləri ilə müraciət edirlər.

Onun sözlərinə görə, bu təşəbbüslər daim rədd edilir.

SİA-nın əldə etdiyi məlumata görə, Masadıkov qeyd edib ki, Qərb nümayəndələri öz sorğularını Əfqanıstandan gələn potensial təhlükələrin qarşısını almaq zərurəti, eləcə də cənub sərhədlərində sabitliyin pozulması riskləri ilə əsaslandırırlar.

Lakin KTMT baş katibinin vurğuladığı kimi, regionun həm üzv, həm də üzv olmayan ölkələrinin liderləri bu cür yerləşdirməyə qarşı möhkəm mövqe tutublar.

Masadıkovun sözlərinə görə, imtina faktorlarından biri region ölkələrinin öz ərazi mübahisələrini müstəqil həll edə bilməsi olub.

O, Qırğızıstan, Özbəkistan və Tacikistan arasında sərhəd məsələlərinin danışıqlar, sülh yolu ilə həllini misal göstərib. KTMT-nin baş katibi regionda təhlükəsizliyin mövcud mexanizmlərlə, o cümlədən Rusiyanın hərbi mövcudluğu ilə təmin olunduğunu da qeyd edib.

Xüsusilə, söhbət Tacikistandakı 201-ci Rusiya hərbi bazası və Qırğızıstandakı “Kant” birləşmiş aviabazasından gedir.

Onun sözlərinə görə, regionun bəzi respublikaları, o cümlədən Qırğızıstan artıq qərb hərbi kontingentinin (2001-2009-cu illərdə fəaliyyət göstərmiş “Qansi” aviabazasının-A.B.) yerləşdirilməsi təcrübəsinə malik olub və buna qayıtmaq niyyətində deyil

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə