Qaradağda avtomobil 80 yaşlı kişini vuraraq öldürüb

Qaradağda avtomobil 80 yaşlı kişini vuraraq öldürüb

Bakının Qaradağ rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

SİA xəbər verir ki, İbrahim Arzu oğlu İbrahimov idarə etdiyi "VAZ-21154" markalı avtomobillə piyada, 1946-cı il təvəllüdlü Əfsər Əkbər oğlu Əhmədovu vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə