"Sülh prosesinə əsas maneə Ermənistanda konstitusiya referendumunun keçirilməməsidir" - ŞƏRH
"Azərbaycanla Ermənistan arasında sülh prosesinə əsas maneə Ermənistanda konstitusiya referendumunun keçirilməməsi və konstitusiyada müvafiq dəyişikliklərin edilməməsidir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, bu da regionda uzunmüddətli sabitliyə ciddi maneədir:
"Əgər sülh müqaviləsi bağlanarsa, əlbəttə ki, regionda uzunmüddətli siyasi sabitlik yarana bilər. İndi gözləyirik ki, bu ilin axırında konstitusiya layihəsini ictimaiyyətə təqdim edəcəklər. Baxaq görək, həmin konstitusiya layihəsində nələr var. Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Baş nazir də qeyd edib ki, Ermənistanın Müstəqillik Bəyannaməsi ölkənin milli maraqları üçün ciddi təhlükədir. Yəni, indi hakimiyyət bu reallıqları qəbul edir və konkret-praktik addımlar atmalıdır. Biz gözləyirik ki, 2027-ci ildə Ermənistan nəhayət ki, referendum məsələsinə qayıdacaq.
Ermənistandakı əsas siyasi maneələrdən biri də revanşist qruplardır. Onlar parlamentdə referenduma qarşı çıxırlar və kifayət qədər sərt mövqe ortaya qoyurlar. Düşünürəm ki, bu məsələ həlledici nöqtəyə gəlib çata bilər. Əsas məsələ Ermənistanın hazırkı konstitusiyası və orada Müstəqillik Bəyannaməsinə edilən istinaddır. Bunlar müzakirələrdən sonra qəbul ediləcək və müvafiq qərarlar veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB