Gəncədə keçmiş məhkum 88 yaşlı xalasını öldürüb

Gəncədə keçmiş məhkum 88 yaşlı xalasını öldürüb

Gəncədə qətl hadisəsi törədilib. SİA Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

1938-ci il təvəllüdlü Gülsüm Əliyevanın yaşadığı ünvanda ölməsi müəyyən edilib.

Aparılan istintaq tədbirləri ilə müəyyən olunub ki, 88 yaşlı qadın bacısı oğlu, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov tərəfindən döyülərək qətlə yetirilib. Artıq Ə. Məmmədov saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə