Goranboyda "Niva" aşıb, şəhid anası vəfat edib

Goranboyda "Niva" aşıb, şəhid anası vəfat edib

Goranboyda ölümlə nəticələnən qəza baş verib. SİA Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Todan kəndi ərazisində qeydə alınıb.

“NİVA” markalı minik avtomobilin sürücüsü idarəetməni itirərək maşını dərəyə aşırdıb.

Qəza nəticəsində 1962-ci il təvəllüdlü Naqilə Həsənəliyeva vəfat edib. O, birinci Qarabağ müharibəsi şəhidi Sirac Həsənəliyevin anasıdır. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma başlanılıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə