"Turan" Çempionlar Liqasında qələbə qazanıb

"Turan" Çempionlar Liqasında qələbə qazanıb

Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasında növbəti oyununa çıxıb. SİA xəbər verir ki, III təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olan Azərbaycan çempionu 3:0 hesablı qələbəyə sevinib.

Xatırladaq ki, tərəflər arasındakı cavab görüşü noyabrın 11-də keçiriləcək. "Turan" II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandasına qalib gəlib - 3:0, 3:2.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə