İşğaldan azad edilmiş ərazilərin bərpası xalqımızın tarixi nailiyyətidir - DEPUTAT DANIŞDI
“Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxışı zamanı bir sıra mühüm məsələlərə, o cümlədən qardaşlıq əlaqələrinin əhəmiyyətinə toxunub. Bu istiqamətdə həyata keçirilən siyasət Azərbaycanın əldə etdiyi nailiyyətlərin daha da möhkəmləndirilməsinə xidmət edir.
İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir, dövlət tərəfindən bu istiqamətdə mühüm tədbirlər görülür. Atılan addımlar ölkəmizin böyük nailiyyətlərindən biri olmaqla yanaşı, qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə və əməkdaşlığın inkişafına töhfə verir”.
Bu fikirləri millət vəkili Ceyhun Məmmədov SİA-ya açıqlamasında bildirib.
Deputat qeyd edib ki, azad edilmiş ərazilərdə yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin çəkilməsi, xəstəxana və məktəblərin tikintisi istiqamətində sistemli və məqsədyönlü tədbirlər görülür. Bu layihələr həmin ərazilərin qısa müddətdə bərpasına, yenidən qurulmasına və əhalinin istifadəsinə verilməsinə zəmin yaradır.
Onun sözlərinə görə, həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Qayıdış prosesinin sürətləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu proses işğaldan azad edilmiş torpaqların dirçəldilməsinə, insanların doğma yurdlarına qayıtmasına və bölgənin sosial-iqtisadi inkişafına xidmət edir.
Ceyhun Məmmədov vurğulayıb ki, bütün bu tədbirlər xalqımızın növbəti tarixi nailiyyəti kimi qiymətləndirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB