"Avtomobilin konstruksiyasına dəyişiklik edilməsinə görə 150 manat cərimə nəzərdə tutulur. Bu məsələ ilə bağlı qanunvericilikdə ciddi mübahisələr mövcuddur və belə cərimələrin tətbiqi ölkədə ən çox rast gəlinən hallardan biridir".
Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Onun sözlərinə görə, nəqliyyat vasitəsinin konstruksiyasına dəyişiklik edilməsi onun hərəkət təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Xüsusilə, avtomobili idarə edərkən görmə məhdudiyyətinin yaranması ciddi təhlükə doğurur. Əgər nəqliyyat vasitəsinin idarə olunması zamanı görmə məhdudiyyəti qanunvericiliyin tələblərinin pozulmasına səbəb olursa, bu, yolverilməzdir və müvafiq tədbirlərin görülməsi vacibdir:
"Məsələnin digər tərəfi isə bəzi sürücülərin nəqliyyat vasitələrini bu cür dəyişikliklərlə idarə etməyi normal qəbul etməsidir. Bu, mənfi tendensiyadır. Çünki avtomobilin konstruksiyasına, o cümlədən işıq cihazlarına müdaxilə edilməsi qanun pozuntusudur və qəzalara səbəb ola bilər.
Belə halların qarşısını almaq üçün vətəndaşlara çağırış etmək lazımdır ki, nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz dəyişikliklər etməsinlər. Sürücünün avtomobili idarə edərkən ətrafı yaxşı görməsi kifayət deyil. Onun etdiyi dəyişikliklər qarşıdan gələn və digər nəqliyyat vasitələrinin sürücülərinin görmə imkanlarına və təhlükəsizliyinə də mənfi təsir göstərə bilər. Bu isə yolverilməzdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB