Kriştiano Ronaldodan maraqlı istək

“Yuventus” İtaliya A Seriyasının ilk turunda “Udineze” ilə qarşılaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Turin təmsilçisinin hücumçusu Kriştiano Ronaldo bu oyuna əsas heyətdə başlamaq istəməyib. “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Ronaldonu əsas heyətdə oynatmaq istəsə də, portuqaliyalı futbolçu ehtiyatda oturmağı seçib və Alleqri onun bu tələbini qəbul edib.
Ronaldonun “Yuventus”da oynamaq istəmədiyi və özünə yeni klub axtardığı iddia olunur.

“Yuventus” – “Udineze” matçı 2:2 hesablı heç-heçə ilə bitib. Oyuna sonradan daxil olan Ronaldo 90+4-də qol vursa da, VAR (video köməkçi hakim) sisteminə baxıldıqdan sonra qol ləğv olunub.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə