Rusiya xarici işçilərin cəlb edilməsi üçün kvotanı 40 faiz artıracaq...

Bu, əvvəlki illə müqayisədə 104 min və ya 37 faiz çoxdur...
Rusiya xarici işçilərin cəlb edilməsi üçün kvotanı 40 faiz artıracaq...

...Rusiya Əmək Nazirliyi 2027-ci ildə viza ölkələrindən əcnəbi işçilərin cəlb edilməsi üçün kvotanın 382,8 min icazəyə qədər artırılmasını təklif edib.

Bu, demək olar ki, əvvəlki illə müqayisədə 104 min və ya 37 faiz çoxdur.

SİA xatırladır ki, 2026-cı ildə kvota 278,9 min təşkil edib

Hökumətin müvafiq qərar layihəsi oktyabrın 30-da dərc olunub və ictimai müzakirəyə çıxarılıb.

Qeyd edək ki, xarici mütəxəssislərə ehtiyac Rusiya regionlarından olan işəgötürənlərin idarələrarası komissiyalarla razılaşdırılmış müraciətləri əsasında formalaşıb.

Əmək Nazirliyindən verilən məlumata görə, tələb olunan tələbatın 92 faizi ixtisaslı işçilərin payına düşür. Kvota mexanizmi ilə Rusiya müəssisələri Çin, Hindistan, Vyetnam, Türkmənistan, Banqladeş, Şri-Lanka və Türkiyədən mütəxəssislər cəlb edir.

Xüsusilə, iri infrastruktur və sənaye layihələrinin həyata keçirilməsi üçün xarici işçilər lazımdır.

Onların arasında Amur qaz-kimya və qaz emalı komplekslərinin, “Vostoçnıy” kosmodromunun ikinci mərhələsinin, Moskva-Sankt-Peterburq yüksək sürətli dəmir yolu magistralının tikintisi, həmçinin Tatarıstanda və “Alabuqa” xüsusi iqtisadi zonasında istehsalın inkişafı var.

Əmək Nazirliyi vurğulayır ki, viza ölkələrindən əcnəbi işçilərin cəlb edilməsinə işəgötürənin öz regionunda lazımi işçiləri tapa bilməməsi şərti ilə icazə verilir.

Müvafiq ehtiyac regional idarələrarası komissiya tərəfindən təsdiqlənməlidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə