Türkiyə millisindən fərqli başlanğıc

Türkiyə Qadın Milli Voleybol Komandası Avropa Çempionatı macərasına start verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Türkiyə yığması D qrupundakı ilk matçında Rumıniyanı 3-1 məğlub edib. Serbiya, Rumıniya, Xorvatiya və Bolqarıstanın birgə təşkil etdiyi çempionata qələbə ilə başlayan Türkiyə millisi qrupdakı ikinci oyununda 20 avqust cümə günü Ukrayna ilə qarşılaşacaq.

Türkiyənin D qrupunda keçiriləcək oyunların təqvimi belədir:

18 Avqust Çərşənbə:

20.30 Rumıniya 1-3 Türkiyə

20 avqust:

20.30 Türkiyə-Ukrayna

22 avqust:

17.30 Türkiyə-İsveç

23 avqust:

20.30 Türkiyə-Finlandiya

24 avqust:

17.30 Hollandiya-Türkiyə

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə