Yaponiyaya qalib gələn Braziliya yarımfinalda -TOKİO-2020

2020 Tokio Olimpiya Oyunlarının 11-ci günündə Braziliyanın kişilərdən ibarət voleybol komandası Yaponiyanı 3-0 məğlub edərək yarımfinala yüksəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Ariake" arenada keçirilən dörddəbir final matçında Braziliya ev sahibi Yaponiya ilə qarşılaşıb. 1 saat 30 dəqiqə davam edən matçda rəqibini 25-20, 25-22 və 25-20 setləri ilə 3-0 məğlub edən Braziliya adını yarımfinala yazdırıb. Braziliya yarımfinalda Kanadanı 3-0 məğlub edən Rusiya Olimpiya Komitəsi ilə qarşılaşacaq. Braziliya-Rusiya Olimpiya Komitəsi oyunu 5 avqust, cümə axşamı oynanılacaq.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə