Türkiyə qadın voleybol komandası ABŞ-la qarşılaşacaq - TOKİO-2020

Türkiyə Qadın Voleybol Komandası, 2020 Tokio Olimpiya Oyunlarının B Qrupunda sabah ABŞ ilə qarşılaşacaq. SİA-nın Beynəlxalq Olimpiya Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Ariake Arenada oynanacaq qarşılaşma 15:45-də başlayacaq. Tokio 2020-də son olimpiya çempionu Çini net setlərdə 3-0 məğlub edərək başlayan Türkiyə millisi, ikinci matçında Avropanın güclü voleybol komandalarından biri olan İtaliyaya 3-1 məğlub olub.

Türkiyə Milli Komandası, FIVB dünya sıralamasında ilk sırada qərarlaşan ABŞ ilə B qrupundakı üçüncü matçına çıxacaq. Bu görüşdən daha sonra B qrupunda Rusiya Olimpiya Komitəsi və Argentina ilə qarşılaşacaq. Qrupda ən yaxşı 4 komanda 1/4 finala yüksələcək.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə