Argentina millisinin sabiq üzvü karyerasını bitirib

Futbol üzrə Argentina millisinin sabiq müdafiəçisi Ezekyel Qaray karyerasını başa vurub. SİA-nın məlumatına görə, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Peşəkar karyerasını 34 yaşında baş vuran futbolçu “Nyuells Old Boyz” klubunun yetirməsidir. O, sonralar İspaniyada “Rasinq”, “Real” (Madrid), Portuqaliyada “Benfika”, Rusiyada “Zenit” klublarının da uğurları üçün çalışıb. Futbolçu 2016-cı ildən “Valensiya”da oynayırdı. Lakin bu klubda olarkən ağır zədə alan futbolçu ötən il La Liqa klubu ilə müqaviləsinə xitam vermişdi. Qaray Argentina yığmasında 32 oyuna çıxıb.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə