Türkiyə-Uels oyununa az qaldı

Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda ikinci oyun keçiriləcək. SİA-nın məlumatına görə, saat 20:00-da Bakı Olimpiya Stadionunda A qrupunda iştirak edən Türkiyə və Uels milliləri üz-üzə gələcək.

Azərbaycanda qardaş ölkə Türkiyənin oyununa maraq isə olduqca böyükdür. Paytaxt küçələrində yüzlərlə azarkeş Türkiyə Milli Komandasının formasını geyinərək qardaş ölkəyə dəstək nümayiş etdirirlər. Onlar artıq Bakı Olimpiya Stadionuna doğru hərəkət edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...