“Sən bizim dünyamızsan...”

Viktoriya Bekhem əri ilə arxiv fotolarını paylaşıb...

...Ötən gün əfsanəvi futbolçu Devid Bekhem 51 yaşını qeyd edib.

SİA-nın əldə etdiyi məlumata görə, xüsusi günü qeyd etmək üçün onun həyat yoldaşı, dizayner Viktoriya Bekhem İnstaqramda bir sıra arxiv fotoları və ərinə təsirli bir mesaj paylaşıb.

Kolleksiyada Devidin uşaqlıq və gənclik illərindən isti ailə anları və şəxsi fotoları yer alır.

Fotolarla yanaşı, Viktoriya ərini bütün ailə üçün "dünya" adlandırdığı emosional bir mesaj da qoyub.

...Sən bizim dünyamızsan, hər şeyimizsən. Səni çox sevirik! Ən yaxşı ər, ata, oğul, qardaş və dostun ad günü mübarək. Ən mehriban və ən səxavətli insan. Bu gün səni bütün günü əzizləyəcəyik - sən buna hər kəsdən daha çox layiqsən...

Viktoriya Bekhem yazıb bunu...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə