Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turunda bu gün bir oyun keçiriləcək.
SİA xəbər verir ki, A qrupunda yer alan komandaların dueli Şəki Olimpiya İdman Kompleksində baş tutacaq.
Saat 14:00-da '"Şəki" - "Gəncə" görüşü start götürəcək.
Meydan sahibləri 21 xalla altıncı pillədə qərarlaşıb. Qonaq komanda 27 xalla dördüncüdür.
Qeyd edək ki, A qrupunda XX turun digər oyunları martın 30-31-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB