FİFA Nyu-Yorkun Manhetten bölgəsində yerləşən "Trump Tower"də yeni nümayəndəlik açıb. SİA xəbər verir ki, açılış mərasimində klublararası dünya çempionatının kuboku təqdim olunub. İstənilən şəxs 13 iyula qədər bu kuboku yerindəcə görmək imkanı əldə edə bilər.
Tədbirdə FİFA prezidenti Canni İnfantino, braziliyalı əfsanəvi futbolçu Ronaldo Nazario və ABŞ-ın prezidenti Donald Trampın oğlu Erik Tramp çıxış ediblər.
Çıxışı zamanı İnfantino ABŞ prezidentinə və hökumətə turnirin keçirilməsinə göstərdikləri möhtəşəm dəstəyə görə təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə