"Neftçi" və "Sabah" final seriyasının dördüncü matçına çıxır

"Neftçi" və "Sabah" final seriyasının dördüncü matçına çıxır

Azərbaycan Basketbol Liqasında "Neftçi" və "Sabah" arasında final seriyasının dördüncü matçı keçiriləcək. SİA xəbər verir ki, görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

İndiyə qədər tərəflər arasında 3 oyun baş tutub. Bu qarşılaşmalardan ikisində "Sabah", birində isə "Neftçi" qələbə qazanıb.

Tərəflər arasında 5-ci oyun mayın 11-nə təsadüf edəcək. Bu matç saat 17:00-da start götürəcək.

Qeyd edək ki, final seriyasında 4 qələbə qazanan komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə