Bakı mərhələsinin məkanı və bütün iştirakçıları bəlli olub

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsinin bütün iştirakçıları müəyyənləşib. SİA-nın məlumatına görə, yarışa qatılacaq 16 komanda dəqiqləşib.

Bunlar Azərbaycan, Niderland, Çin, Tailand, Avstriya, Filippin, Latviya, Rumıniya, Qazaxıstan, Madaqaskar, Çili, Misir, İtaliya milliləri və "Roma" (İtaliya), “Praqa” (Çexiya), "Takasaki" (Yaponiya) klublarıdır.

Qeyd edək ki, yarış mayın 26-27-də "Sea Breeze"də təşkil olunacaq. Mayın 24-25-də dünya çempionatının seçmə mərhələ oyunları da eyni məkanda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə