Futbol üzrə Misli Premyer Liqasının XXXIII turunda bu gün daha iki oyun keçiriləcək. SİA-nın məlumatına görə, günün ilk matçında "Şamaxı" autsayder "Səbail"lə üz-üzə gələcək.
Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.
Digər görüşdə isə üçüncü yerə iddialı "Araz-Naxçıvan" "Sabah"ı sınağa çəkəcək. Oyun “Liv Bona Dea Arena"da, saat 19:30-da başlayacaq.
Naxçıvan təmsilçisi 54 xalla üçüncü, 40 xalı olan "Sabah" isə beşincidir. 35 xala malik "Şamaxı" yeddinci sırada yer alıb "Səbail" 21 xalla sonuncu - onuncudur.
Misli Premyer Liqası
IV dövrə, XXXIII tur
3 may
17:00. “Şamaxı” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu
19:30. “Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Liv Bona Dea Arena"
Qeyd edək ki, turun açılış matçında "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0.
Bütün xəbərlər Facebook səhifəmizdə