“Zirə” - “Turan Tovuz” oyununun köməkçi hakimi dəyişib

Misli Premyer Liqasının XXXIII turunun bu gün keçiriləcək “Zirə” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub. SİA xəbər verir ki, köməkçi hakim Namik Hüseynovun səhhətində problem yarandığı (yüksək hərarət) üçün onu Teymur Teymurov əvəz edib.

Qeyd edək ki, qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 20:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə