Futbol üzrə Misli Premyer Liqasının XXXIII turuna bu gün start veriləcək. SİA-nın məlumatına görə, açılış oyununda "Zirə" "Turan Tovuz"la üz-üzə gələcək.
Qarşılaşma saat 20:00-da start götürəcək. Avrokuboklara vəsiqəni əvvəlki turlarda təmin edən Bakı klubu 64 xalla ikinci pillədə qərarlaşıb. Tovuz təmsilçisi 49 xalla dördüncüdür.
Misli Premyer Liqası
IV dövrə, XXXIII tur
2 may
20:00. “Zirə” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namiq Hüseynov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Rüfər Əmirov.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə