Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Turan Bayramov (60 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb. SİA-nın məlumatına görə, 22 yaşlı idmançı yarımfinalda yerli cüdoçu Bakhrom Boturova qalib gəlib.

Bu gün tatamiyə çıxan Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) əvvəlki raundlarda uduzaraq medal qazanmaq şanslarını itiriblər.

Qeyd edək ki, "Böyük Dəbilqə" martın 2-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə