"Sərhədçi" Super Kubok -2024-ün qalibidir - FOTOLAR

Dünən Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı meydanında atçılığın Çövkən növü üzrə mövsümün Super Kuboku uqrunda həlledici final oyunu keçirilib. Görüşdə Peşəkar Çövkən Liqasının qalibi adını daşıyan"Sərhədçi " klubu ilə "Prezident Kuboku-2024"-un sahibi olan "Elit" qarşılaşıb. Yüzlərlə tamaşaçının canlı izlədiyi bu oyun "Sərhədçi"nin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. ARAF-dan SİA-ya verilən məlumata görə, Super Kuboku qalib komandaya ARAF-in prezidenti Elçin Quliyev və Gənclər İdman Nazırı Fərid Qayıbov təqdim edib.

Qeyd edək ki, Dövlət Himninin səslənməsi ilə başlayan tədbirə Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestri, rəqs ansamblı və bir sıra tanınmış sənətçilərin çıxışı ilə yekun vurulub.

Yeri gəlmişkən, oyunu canlı izləyənlər arasında rəsmi qonaqlar və eləcə də idman ictimaiyyətinin nümayəndələri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə