"Bu gün bizə qoşulduğunuz üçün təşəkkür edirəm. Bu, həqiqətən, çox yaxşı təşəbbüsdür". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov deyib.
O bildirib ki, biz buna görə və hamımız üçün yaxşı təcrübəyə görə təşəkkür edirik: "İnanıram ki, əvvəllər olduğu kimi davam edəcək və getdikcə daha çox ictimaiyyətin, medianın diqqətini cəlb edəcək və daha çox insan bu layihəyə qoşulacaq.
Bu dəfə təbiətin mühafizəsindən, təmiz sudan danışırıq və tədbirimiz təmiz suda avar çəkməkdir. Məncə, bu, çox yaxşı tədbirdir. Artıq Azərbaycanda iqlimin inkişafı barədə və beynəlxalq ictimaiyyətin dəstəyi ilə bizə məlumat verilib. Mən sizin hamınızı Milli Dirçəliş Günü münasibətilə təbrik etmək və mərasimimizi rəsmi şəkildə açmaq istərdim".
Bütün xəbərlər Facebook səhifəmizdə