"Qarabağ"ın futbolçusunun qolu həftənin ən yaxşısı adına namizəddir

"Qarabağ"ın futbolçusu Toral Bayramovun Norveçdə "Budyo Qlimt"ə vurduğu qol Avropa Liqasında həftənin ən yaxşısı adına namizəddir. SİA xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilib.

Liqa mərhələsinin IV turunda digər namizədlər Almaniyanın "Ayntraxt" (Frankfur) klubundan Omar Marmuş, Bolqarıstan təmsilçisi "Ludoqorets"dən Erik Markus və Türkiyənin "Qalatasaray" kollektivindən Yunus Akgündür.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək. "Qarabağ" Norveçdə rəqibini 2:1 hesabı ilə üstələyib.

Bütün xəbərlər Facebook səhifəmizdə