"Qarabağ"- "Braqa" oyununun hansı görünməyən tərəfləri var? - MÜTƏXƏSSİS AÇIQLADI

"Atılan hər ilk addım gələcək üçün bir yatırımdır. "Qarabağ"ın hər dəfə bir mərhələ keçməsi onun futbolçularının böyük təcrübə toplaması deməkdir. Düzü, indidən Ağdam klubunun Avropa Liqasında hansı mərhələyə kimi irəliləyəcəyi haqqında bir söz demək çətindir. Çünki bu müddət ərzində hər iki komandada kifayət qədər dəyişikliklər baş verəcək. İlk rəqibimizi udmaq şansımız çox deyil. Bunu deməyimdə əsas səbəblərdən biri "Qarabağ"ın aparacı qüvvəsinin Portuqaliyanın birinci dəstəsində çıxış edən oyunçulardan ibarət olmasıdır. Yəni, bu futbolçular nə vaxtsa Portuqaliyanın Super Liqasında oynayıblar, amma potensial olaraq onlar ikinci liqadan gələn oyunçulardır. Bunu nəzərə alası olsaq, oyunun "köhlən atlar" üçün çətin keçəcəyi açıq-aşkar ortadadır". Bu sözləri SİA-ya açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib.

Onun sözlərinə görə, bəzi görünməyən nüanslar da var: "Bunlardan biri hazırlıq dövründən sonra "Qarabağ" bir oyunçunu öz heyətinə qatmasıdır. Bundan əlavə, adətən Portuqaliya komandaları mərhələni uğurla keçdikdən sonra öz oyunçularını imkan olduğu qədərilə transfer edirlər. Ümumiyyətlə, Portuqaliya komandaları özündə gənc istedadları ulduz komandalara satırlar. "Braqa" da bu fəlsəfə ilə hərəkət edən Portuqaliya klubudur. Düşünürəm ki, "Braqa" əgər öz heyətlərindən oyunçularını satdığı və əvəzində gənc oyunçuları götürdükləri halda "Qarabağ"ın bu mərhələni keçmək şansı var. Amma hər halda rəqib komanda aşılmaz bir sədd deyil. Bəlkə oyuna 100% konsentrasiya ilə çıxsaq və şans da bir qədər bizim tərəfdə olsa, bir mərhələni adlamaq mümkün ola bilər".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə