"Azərbaycanın hər bölgəsində idmana diqqət və qayğı göstərilir" - ŞƏRH EDİLDİ

"Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın inkişafı sahəsinə böyük diqqət və qayğı göstərilir. Bu diqqət ilk növbədə Azərbaycan gəncliyinin sağlam böyüməsi, pis vərdişlərdən uzaq olması, yeni nəslə xüsusi qayğının göstərilməsi, eləcə də idmançılarımızın peşəkar yarışlarda, dünya və Avropa çempionatlarında, olimpiadalarda, beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil etməsi və üçrəngli bayrağımızı dünyanın müxtəlif arenalarında dalğalandırılmasını təmin edir. Xüsusi qeyd etməliyik ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə kütləvi idman tədbirlərinin, ən böyük beynəlxalq turnirlərin keçirilməsi üçün idman infrastrukturu qurulub: "Beləliklə ölkəmizdə müxtəlif idman tədbirləri uğurla həyata keçirilir. 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəylik Oyunları, Formula 1 yarışları, futbol üzrə Avropa Liqasının final mərhələsi yüksək səviyyədə baş tutması ölkəmizdə böyüməkdə olan gənc nəslin idmana olan marağının artması üçün xüsusi rol oynayır. Eyni zamanda, peşəkar idmançıların yetişdirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan Prezidentinin bu sahəyə qayğısı və diqqətinin nəticəsidir ki, milli idmançılarımız beynəlxalq yarışlarda müxtəlif medallar qazanır, dövlətimizin üçrəngli bayrağını zirvəyə yüksəldirlər".

Deputat sözlərinə davam edərək bildirib ki, bütün sahələrdə olduğu kimi ölkə başçısının rəhbərliyi ilə idmanın inkişafına xüsusi önəm verilir: "2020-ci ildə 44 günlük müharibədən və 2023-cü ildə bir günlük antiterror tədbirlərindən sonra işğaldan azad olunmuş ərazilərimizdə artıq idman infrastrukturu qurulur. Bütün bunlar onu göstərir ki, Azərbaycanın hər bir bölgəsində idman diqqət və qayğı var. Bu, dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bundan əlavə, müxtəlif idman növləri ilə bağlı Prezident İlham Əliyev tərəfindən dövlət proqramları qəbul edilib. Bu da idmanın ayrı-ayrı növlərinin inkişafı üçün vacibdir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə