İdmançılarla görüşlər artıq ənənə halını alıb

Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş idmançılarla görüşlərimiz artıq ənənə halını alıb. Yanvar ayında idmançılarla iki dəfə görüşümüz oldu. Hər iki görüşdə Vətənə medalla qayıtmış idmançılarımızın qələbə təəssüratlarını dinlədik və onlara uğurlar arzuladıq. SİA xəbər verir ki, bu fikirlər gənclər və idman naziri Fərid Qayıbovun yanvar ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində yer alıb.

Nazir qeyd edib ki, yanvarın 9-da keçirdiyimiz ilk görüşdə Gənclər və İdman Nazirliyinin kollegiya qərarı ilə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adlarına, “Respublika Dərəcəli Hakim” adına layiq görülmüş idman mütəxəssislərinə mükafatların təqdim edilməsi də fikrimcə gənc idmançılara da bir növ motivasiya oldu. Ötən ay təkcə idmançılarla deyil, vətəndaşlarla, eləcə də gənclərlə də görüşlərimiz oldu. İlin ilk vətəndaş qəbulunu Şamaxı və Qobustan rayonlarının sakinləri ilə keçirdik. Gənclər təşkilatlarının nümayəndələri ilə növbəti görüşümüzdə isə onların fəaliyyət istiqamətləri, nazirliklə sıx əməkdaşlıq məsələləri, qarşılaşdıqları çətinlikləri müzakirə etdik. Gənclərin ictimai fəallığının daha da artırılması, gənclərin sosial və məşğulluq problemlərinin həllinə yönəlmiş layihələr barədə fikir mübadiləsi apardıq.

Bütün xəbərlər Facebook səhifəmizdə