Avarçəkmə Bakıya yenidən qayıtdı - NAZİR DANIŞDI

"Bu gün çox xoş emosiyalarla dolu bir gündür. Avarçəkmə Bakıya qayıdır. Biz ötən əsrin 70-ci illərində Bakıda avarçəkmə tədbirlərini şəkillərdə görürdük və yenidən Bakıya geri qayıtdı".

SİA-nın verdiyi xəbərə görə, bu sözləri jurnalistlərə açıqlamasında Gənclər və İdman Naziri Fərid Qayıbov deyib.

Nazir bildirib ki, təbii ki, bu, Avarçəkmə Federasiyasının gördüyü işlərin nəticəsidir: "Bunun üçün onları təbrik edirəm. Digər federasiyalar kimi Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən də çox işlər görülüb. Bu il çox tədbirlər və yubileylər keçirilib. Eyni zamanda, Olimpiya Komitəsinin 30 yaşı tamam oldu. Bugünkü gündə yeni-yeni idman növləri inkişaf edir, beynəlxalq yarışların sayı artır və idmançılar üçün şərait daha da yaxşılaşır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə