Prezident hər zaman Vətən müharibəsi iştirakçılarını diqqətdə saxlayır - DEPUTAT AÇIQLADI

“Cənab Prezident İlham Əliyev Vətən müharibəsində iştirak etmiş insanlara müəyyən statusun verilməsi Nazirlər Kabneti tərəfindən icra olunması barədə sərəncam imzalayıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov bildirib.

Onun sözlərinə görə, həmin sərəncamda qeyd olunur ki, 2020-ci il sentyabr ayının 27-dən noyabr ayının 10-na kimi olan dövrdə Vətən müharibəsində iştirak etmiş və aparılan əməliyyatlarda öz tövhəsini verən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçuları, mülki işçilər və ön cəbhədə fədakarlıq göstərmiş mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikasının prezidentinin yaratdığı publik və hüquqi şəxslərin, dövlətə məxsus digər işçilərin vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunsun: “Bu sərəncam olduqca operativdi. Ona görə ki, istənilən təşkilatda publist, hüquqi və ya mülki şəxslər özləri könüllü şəkildə orduya yazılmışdır. Təbii ki, bu qədər insanı eyni zamanda diqqətdə saxlamaq olmur, bəzi qərəzli məqamlar olur. Lakin belə hadisələrin qarşısını almaq üçün bu işin icrası Nazirlər Kabnetinə verilib. Yəni nəinki döyüşən hətta ön cəbhədə fəaliyyət göstərən mülki insanlarda müəyyən işlər gördükləri üçün lazımı dəyəri görəcəklər. Onların üzə çıxarılması və layiq olduğu haqqlarla təmin olunmaları istiqamətində atılmış mühüm addımlardan biridi. Möhtərəm cənab Prezident Vətən müharibəsində iştirak etmiş heç bir insanın diqqətdən kənarda qoymur. Təbii ki, bəzi məsələlər var ki, onların həlli üçün vaxt lazımdır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə