Şahzadə Diana naxçıvanlıdır - ŞOK ERMƏNİCƏ

Ermənilərin fərziyələri bitmək bilmir. İndiyəcən dünyanın elə məhşuru, tanınmışı qalmayıb ki, ermənilər onu özününküləşdirməsin. Napoleondan Suvorova, Çarli Çaplindən Eynşteynə, Misir fironlarından ABŞ prezidentlərinə qədər hər kəsi erməni sayan "hay"lar yalanlarını o qədər çeşidləyiblər ki, artıq kimsə bu uydurmalara təəccüblənmir. Rahatca xəbəri oxuyub, azacıq qımışmaqla işini sanki bitmiş hesab edir. Amma ermənilər bu biganəlikdən çox ustalıqla yararlanırlar. Arzu etdikləri ölkələrin hətta milli ensiklopediyasına ilk baxışda heç bir təhlükə törətməyən məlumatı yerləşdirə bilirlər. Düzdür, o məlumatlar həmin ölkələr üçün bəlkə də təhlükə törətmir, amma başqa xalqlara qarşı törədiləcək bütün anlamda soyqırımların istinad yeri olduğunun fərqində deyillər.

Rusiyanın Yandex saytında maraqlı bir məqalə dərc edilib. "Şahzadə Diana Naxçıvandandır: Ledi Dinin erməni kökü haradandır" adlı məqalədə ermənilər yalanı o qədər şişirdiblər ki... Beləliklə...

Şahzadə Diana tarixə İngiltərə kral ailəsinin ən mehriban və gülərüz nümayəndəsi kimi düşüb. Təəssüf ki, xalqın şahzadəsi, dövrün əsl simvolu, adı könüllərə yazılmış Ledi Di həyatdan erkən köçdü...

Yeri gəlmişkən, ermənilərin iddialarına görə, ingiltərə şahzadəsi Diana Spenserin erməni kökləri var. Haradan? Erməni fərziyələrinə uysaq, Hindistandan. Orta əsrlərə varsaq, İsfahan yaxınlığındakı Nor-Culfadan. Tarixin bir az da dərin qatlarına baş vursaq Naxçıvandan. Maraqlıdır, deyilmi? Görəsən səhərdən axşama qədər ac qarnını ovuşdurmaqdan əlləri qabar olmuş "hay"ın arxivlərdə belə yalan dalıca eşələnməkdə nə marağı var? Diananın keçmişi indi kimin nəyinə lazımdır? Yoxsa, Millətlər Birliyinin sədri və ora daxil olan 15 dövlətin kraliçası, Fici Respublikasının Ali Başçısı, Anqlikan Kilsəsinin başçısı, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, polkovnik, Men adalarının lordu, 29 may 1953-cü ildən 31 may 1961-ci ilədək Cənubi Afrika İttifaqının Kraliçası, Vindzorlar sülaləsinin nümayəndəsi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 12-ci kraliçası II Elizabetin baş bəlasına çevrilmiş Diananın erməni kökənli olması Ermənistana və ermənilərə siyasi, maddi sərvət gətirəcək? Bəlkə ermənilər bununla dünyanın ən tanınmışlarının, ən məhşurlarının, ən varlılarının, ən ağıllılarının, ən, ən... erməni olması ilə dünyaya bir mesaj vermək istəyindədirlər? Belədirsə, niyə Ermənistan adlı qondarma dövlət yarandığı gündən ancaq zillət içində yaşayır, kasıblıq iyi üstündən çəkilmir, insanları ac, ölkə tənəzzüldə, millət köçəri tayfaları xatırladır, səhiyyə, elm, sənaye demək olar ki, sıfırın bir az üstündədir, sərhədləri başqa ölkənin əsgərinə tapşırılıb. Bəs hanı o dahilər, dünyaya bəxş etdikləri məşhurlar, milyarderlər, sərkərdələr, sənətkarlar, mədəniyyət xadimləri, qəhrəmanları? Başqa ölkədə məşhurlaşanlar niyə öz ölkələrinə gün ağlamırlar? Niyə??? niyə...

"Erməni kökənli" Diananın ulu nənəsi Eliza kimi, birinin katibəsi olaraq ondan dünyaya uşaq gətirmək "armenoid"lərin "ari" olduqlarını dünyaya bəyan etmək yox, olsa-olsa elə Eliza kimi Hindistan çöllərində atılmışların sırasına qoşulmaq, rəvayətlər uydurmaq kimi miskin bir sürüyə çevrilmək qədər aşağılanmaq deməkdir.

Yeri gəlmişkən, ermənilər özlərini ən ari irq hesab edirlər - armenoid??? Erməni rəvayətlərinin (oxu: lətifə) biri də belədir ki, Nuh peyğəmbər Yer üzündən su çəkiləndə ilk ayaq basdığı yerə "Armeniya" deyib...

Bu lap iki ayağı və quyruğu üstündə hoppanan heyvana "kenquru" adının verilməsinə bənzəyir. İngilis müstəmləkəçilərindən biri Avstraliya aborigenlərindən iki ayağı üstə tullanan heyvanın adını soruşublar, əlində nizə tutmuş yerli adam da ingiliscə bilmədiyi üçün "kenquru" (mən səni anlamıram) cavabını verib. Bu sözü eşidən ingilislər elə bilirlər ki, bu, həmin heyvanın adıdır. Onlar həmin heyvanı da Avropaya ” Kenquru” adı ilə tanıdılar. Beləcə, aborigen dilində “mən sizi anlamıram” sözü bu qəribə heyvanların adına çevilir.

İndi soruşarsınız, Nuh hara, kenquru hara, Diana hara? Məsələ burasındadır ki, alimlər, araşdırmaçılar danışmadıqca, dinmədikcə, erməni uydurmalarına biganə qaldıqca əksər dövlətlərin arxivlərində belə erməni yamaqları çox olacaq.

Keçək əsl mətləbə. Ermənilərin uydurmasına görə: "Diananın ana tərəfdən ulu nənəsi Eliza Kevorkyan hind ermənilərindən olub. Böyük Moğol Xaqanı İranın mərkəzində yaşayan bir qrup ermənini Hindistana iqtisadiyyatı, mədəniyyəti və sənətkarlığı inkişaf etdirmək üçün dəvət edib". Əvvəla Moğolların Hindistanı ələ keçirdiyi vaxt İran adlı bir ölkə olmayıb, bu yerlərin hakimi Səlcuqlular olub. İkincisi, moğollar heç vaxt ələ keçirdikləri torpaqlarda yaşayanları heç yerə dəvət etməyiblər, istədikləri yerə sürüb aparıblar. Və erməniləri "qabiliyyətlərinə" görə Hindistana apardıqları barədə məlumat isə kökündən yanlışdır. Ermənilər zatən Hindistanda yaşayıblar və sonradan Ön Asiyaya, Avropaya yayılıblar.

Erməni fərziyyəsini davam etdirək: "İsfahan çəhəri yaxınlığındakı Nor-Culfa şəhərinin bir neçə erməni ailəsi bu təkliflə razılaşıblar və Hindistana gediblər. Maraqlıdır ki, Culfanın həmin sakinləri də XVII əsrdə "qədim erməni bölgəsi olan Naxçıvandan" gəliblər. Ona görə də Diananın erməni kökünü Naxçıvanda axtarmaq daha düzgün olar".

Ermənilər yazır: "Hindistan Britaniyaya birləşdirildikdən sonra (Ermənilər burada da İngiltərə kraliçasının diqqətini çəkmək üçün "müstəmləkə" sözünü "birləşmə" ilə əvəz ediblər) ermənilərin bir qismi İngiltərəyə köçüblər və burada erməni icmasının əsasını qoyublar. Arxiv sənədlərinə görə, Diananın nənəsi Eliza Kevorkyan Qucarat vilayətinin varlı Surat şəhərində yaşayıb. Onun atası erməni, anası isə hindli olub. Eliza şotlandiyalı tacir Teodor Forbsun evinin idarəçiliyi ilə məşğul olub. Və ona ərə gedib. Məsələ burasındadır ki, Forbs İngiltərəyə köçəndə iki uşağını - qızı Ketrini və oğlu Aleksandrı özü ilə aparıb, Elizanı isə Hindistanda buraxıb. Diana məhz Ketrinin xətti ilə dünyaya gəlib".

Ermənilər yazır ki, mütəxəssislər Diananın erməni kökənli olmasını 1/128 nisbəti ilə göstərirlər. Yəni şahzadənin qanında erməni faizi 1-dən də aşağıdır. Amma ermənilər mütəxəssislərin "səhvini" tutaraq bu rəqəmi 1/64-ə qaldırıblar. Müqayisə üçün ermənilər çar II Nikolayın rus olma ehtimalını 1/256 nisbətini göstərirlər.

Məsələ burasındadır ki, şahzadə Diana özünü heç vaxt erməni kökənli hesab etməyib. Ermənilər isə özlərinə təskinlik verərək bildirirlər ki, Diana erməni kökənli olduğunu əla bilirdi: Ermənilər Ledi Diananın damarlarında erməni qanı axdığına görə onunla fəxr edirlər... Ermənilər xüsusi olaraq qeyd edirlər ki, Diananın burnu əsl erməni burnudur!

Müəllif: Vəli Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə