Yeni qaydalar evdə hazırlanan qidaların satışı və təhlükəsizliyinə nə vəd edir? - QİDA EKSPERTİ
"Azərbaycanda ev şəraitində hazırlanan qida məhsullarının satışına dair yeni qaydaların hazırlanması, ilk növbədə, istehlakçıların sağlamlığının qorunması və qida təhlükəsizliyinə nəzarətin gücləndirilməsi baxımından mühüm addım ola bilər".
Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.
_(1)_(1)_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, ev şəraitində hazırlanan mürəbbə, turşu, süd məhsulları, şirniyyat və digər qidalar düzgün hazırlanmadıqda, saxlanmadıqda və daşınmadıqda mikrobioloji çirklənmə, qida zəhərlənmələri və digər sağlamlıq riskləri yarada bilər. Yeni qaydalar istehsal və saxlanma şəraitinə, şəxsi gigiyenaya, xammalın keyfiyyətinə, qablaşdırmaya və məhsulun etiketlənməsinə dair tələbləri müəyyənləşdirməklə bu risklərin azaldılmasına kömək edə bilər:
"Digər tərəfdən, bu qaydalar ev şəraitində məhsul hazırlayıb satan şəxslər üçün də əhəmiyyətlidir. Aydın və əlçatan tələblər onların fəaliyyətini daha sistemli qurmasına, istehlakçı etimadını qazanmasına və satış imkanlarını genişləndirməsinə şərait yarada bilər. Lakin tələblər həddindən artıq mürəkkəb və ya maliyyə baxımından əlçatmaz olarsa, kiçik istehsalçıların fəaliyyətinə çətinlik yarada bilər.
Əsas məsələ qadağalar tətbiq etmək deyil, təhlükəsiz istehsal üçün şərait yaratmaqdır. Bunun üçün kiçik istehsalçılara sadələşdirilmiş qeydiyyat mexanizmləri, maarifləndirmə, gigiyena təlimləri və mərhələli uyğunlaşma imkanları təqdim olunmalıdır. Eyni zamanda, yüksək riskli məhsullara, xüsusilə süd, ət və soyudulma tələb edən qidalara daha ciddi nəzarət edilməlidir.
Nəticə etibarilə, düzgün hazırlanmış və praktik şəkildə tətbiq olunan qaydalar həm istehlakçıların təhlükəsiz qida əldə etməsinə, həm də ev istehsalçılarının qanuni və davamlı fəaliyyət göstərməsinə xidmət edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB