Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib - Nazir
Fövqəladə Hallar Nazirliyi (FHN) yaranandan keçən illər ərzində orta hesabla hər il 70 minə yaxın obyektdə yanğın texniki müayinə, 4 minə yaxın obyektdə tikintiyə dövlət nəzarəti, 3,3 mindən artıq obyektdə təhlükə potensiallı qurğu və avadanlıqlar üzrə texniki müayinə, 200-ə yaxın obyektdə nüvə və radioloji təhlükəsizlik üzrə nəzarət-yoxlama tədbirləri, 1700-dən artıq kiçikhəcmli gəmiyə texniki baxış keçirilib.
SİA xəbər verir ki, bunu Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov FHN işçilərinin peşə bayramı günü və nazirliyin yaradılmasının 20-ci ildönümü ilə əlaqədar FHN-in Akademiyasında keçirilən tədbirdə çıxışı zamanı deyib.
"Ötən illər ərzində yaşayış sənaye və iaşə sektorunda, o cümlədən iri ticarət mərkəzlərində, meşə və açıq sahələrdə baş vermiş yanğınlar, sel və daşqınlar, uçqun, dağıntı və sürüşmə hadisələri müxtəlif vaxtlarda baş verən zəlzələlər, çoxsaylı qəza və digər fövqəladə hadisələr zamanı operativ və effektli müdaxilə tədbirləri ilə nazirliyin yanğın-xilasetmə qurumları öz peşəkarlığını nümayiş etdirib. 2007-ci ildə ölkə üzrə 4 min 517, 2024-cü ildə isə 14 min 856 təbii və texnogen mənşəli hadisə qeydə alınıb. 2007-ci ildə 131 nəfər, 2024-cü ildə isə 83 nəfər həyatını itirib. Hadisələrin sayındakı artım qarşısında insan itkisinin sayında müşahidə olunan azalma FHN-in çevik və effektli fəaliyyətinin mühüm göstəricisidir. Nazirlik yaranandan 2024-cü il də daxil olmaqla, yanğınlar, dağıntılar və digər fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş, o cümlədən su hövzələrində batma təhlükəsində olan 5 min 700-ə yaxın şəxs xilas edilib. Ötən il nazirliyin "112" qaynar xəttinə 2 milyon 200 minə yaxın, hər gün isə orta hesabla 6 mindən çox zəng daxil olub".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB