Elm və təhsil naziri Emin Əmrullayevin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, nazirin aprelin 18-də Sabirabad şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu aprelin 21-də keçiriləcək.
Qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinlərinin iştirakı nəzərdə tutulub.
Vurğulanıb ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB