"Gənclərimiz bütün sahələrdə uğur qazanır" - QURUM RƏSMİSİ DANIŞDI

“Azərbaycanda gənclər siyasətinin əsasları Ulu öndərin hakimiyyətdə olduğu dövrlərdə qoyulub”. SİA xəbər verir ki, bu sözləri Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev deyib.

O bildirib ki, Ulu Öndər hakimiyyətə gəldikdən sonra ilk görüşlərindən biri məhz parlamentdə gənclərlə olub: “Nazirliyin əsas hədəfi hər zaman ölkəmizin milli adət-ənənəsinə, tarixinə, mədəniyyətinə, dövlətçiliyinə uyğunlaşan yeni nəslin formalaşmasına istiqamətlənib. Son illərdə gənclərimizin qazandıqları nailiyyət göz önündədir. Gənclərimiz bütün sahələrdə uğur qazanır. Bu da Birinci vitse-prezident Mehriban Əliyevanın gənclər siyasəti sahəsinə göstərdiyi diqqət və qayğının bariz nəticəsidir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə