"Gənclərin mükafatlandırılması Azərbaycan gəncliyinə verilmiş dəyərdir" - KOMİTƏ SƏDRİ BİLDİRDİ

"Dünən cənab Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla gənclər üçün Prezident mükafatı ayrıldı və gənclər sahəsində fəaliyyət göstərən şəxslər təltif edildi". SİA xəbər verir ki, bu sözləri “Heydər Əliyev - müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmədə Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib.

O bildirib ki, gənclərin mükafatlandırılması, dövlət hesabına təhsil alması ilə əlaqədar imzalanmış Sərəncamlar dövlət başçısı tərəfindən ümumilikdə Azərbaycan gəncliyinə verilmiş dəyərdir: "Bir tərəfdən gənclərimizin Vətən müharibəsindəki qəhrəmanlıqları, elm, təhsil və idman sahəsində nailiyyətləri, digər tərəfdən də səfirlik əməkdaşımızın bu şücaəti Azərbaycan gəncinin qəhrəman, savadlı və vətənpərvər obrazını dünyaya tanıdır. Məhz belə bir gənclik Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və İlham Əliyevin uğurla inkişaf etdirdiyi gənclər siyasətinin bəhrəsidir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə