Amerikalı aktrisa və aktyor cütlüyü Cennifer Lopez və Ben Affleck Venesiya Film Festivalının qırmızı xalçasında iz buraxdılar. SİA xarici mətbuata istinadən xəbər verir ki, Affleckin “Son Düello” filminin premyerasına qatılan cütlük, filmin digər aktyorlarını kölgədə qoyub.

17 ildən sonra bu yay yenidən sevməyə başlayan cütlük qırmızı xalıda ikonik öpüşlərini təkrarlayıb. Onlar poza verərkən əl-ələ tutublar.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə