2000-ci illərin aparıcı musiqi qruplarından olan "Pussycat Dolls"-un prodüser-qurucusu Robin Antin, qrup üzvləri ilə yenidən bir araya gəlmək və 2019-cu ildə qastrol səfərləri etmək üçün müqavilə imzalayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Robin Antin, qrupun solisti Nikole Scherzingeri müqaviləyə əməl etmədiyi üçün məhkəməyə verib.
İddiaya görə, Nikole Scherzinger, gəlirin 75 faizinin ona veriləcəyi başqa bir müqavilə imzalamaq istəyir. Bu səbəbdən, sözügedən müqavilənin şərtlərini yerinə yetirmir. Mövcud müqavilədə 6 nəfərlik qrupun gəlirinin 49%-i Nikole Scherzingerə verilmişdi.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB