"Paris Saint-Germain", "Nimes" və "Nice" kimi komandalarda oynayan keçmiş Fransa milli futbolçusu Jean-Pierre Adams, 17 mart 1982-ci ildə, 34 yaşında, əməliyyatdan əvvəl "Özümü çox yaxşı hiss edirəm" demişdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, bunlar futbolçunun son sözləri idi.
Həddindən artıq anesteziya səbəbindən komaya düşən futbolçu bir daha yuxudan oyanmadı. 39 il komada olan Jean-Pierre Adams dünən 73 yaşında dünyasını dəyişib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB